top of page

BULVARDAKI SAAT QÜLLƏSİ

Bakı şəhəri bulvarında yerləşən paraşüt qülləsi 1936-cı ildə tikilmiş və 60-cı illərin ortalarında təyinatını Saat qülləsinə dəyişmişdir. O vaxtdan bəri demək olar ki, heç bir şey yenilənməmişdir. Köhnəlmiş avadanlıq dəyişdirilməli idi və bu iş NVC MMC-ə həvalə edilmişdir. Bizə yalnız avadanlıq deyil, qülləin metal konstruksiyası və təmini daxil olan tam bərpa etmək üçün etibar edilmişdir.
2011-ci ildə başlayan bərpa işlər bir neçə ay ərzində tamamlandı. Həmin dövrdə hər mərtəbədə bütün panellər dəyişmişdir Bəzi dəstəkləyən metal konstruksiyalar da əvəz edildi. Köhnə boya zımpara edilmiş və bütün hava şərtlərinə qarşı dura bilən yeni hüsusi boya ilə əvəz edilmişdir. Köhnə meteroloji stansiya, yeni müasir meteroloji stansiyasıya ilə əvəz edilmişdir. İnformasiyanı göstərmək üçün səkkiz LED monitor təchiz etdildi və quraşdırıldı. LED monitorlar külək müqavimət göstəricisi ilə hesablanmışdır.

Həmçinin müxtəlif işıqlandırma effektləri yaratmaq imkanı olan interaktiv işıqlandırma sistemi quraşdırılıb. Qüllədəki saat Azərbaycan referans vaxt server ilə sinxronlaşdırılır.

Bütün işlər vaxtında başa çatdırılmışdır və hökumət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

bottom of page